Millimizin DÇ üçün heyəti bilindi

Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına qatılacaq Azərbaycan yığmasının heyəti məlum olub.

Sportline.az xəbər verir ki, milli  yarışda 15 idmançı ilə təmsil olunacaq.

Oğlanların mübarizəsində Məhəmməd Məmişov, Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Cəsur İbadlı (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+90 kq) qüvvəsini sınayacaq.

Qızlardan isə Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (53 kq) və Kamilla Toxoliyeva (66 kq) tatami üzərinə çıxacaq.