Millimizin rəqibi Hindistanla qarşılaşacaq
Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Belarus yığması yoldaşlıq oyunları keçirəcək.
Sportline.az Belarus Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda martın 26-da Hindistan, martın 29-da isə Bəhreynlə üz-üzə gələcək.
Hər iki qarşılaşma Bəhreynin Manama şəhərində keçiriləcək.
Qeyd edək ki, millimiz Belarusla iyunun 6-da səfərdə, iyunun 13-də evdə qarşılaşacaq.