Millimizin rəqibində dəyişiklik
UEFA Millətlər Liqasında millimizlə qarşılaşacaq Kipr seçməsinin heyətində dəyişiklik edilib.
Sportline.az xəbər verir ki, ötən gecə yoldaşlıq matçında Çexiyaya 1:2 hesabı ilə uduzan komanda fərdi qruplarla hazırlığı bərpa edib.
Komandanın baş məşqçisi Yohan Valem yarımmüdafiəçilər Xaris Kiriaku və İoannis Kostisi qarşıdakı görüşlərin hazırlıqlarına daxil etməyib. Beləliklə, toplanışda cəmi 24 futbolçu qalıb.
Qeyd edək ki, Kipr millisi oktyabrın 10-da səfərdə Lüksemburqla, oktyabrın 13-də isə Albaniyada Azərbaycanla görüşəcək.