Millimizin rəqibində ciddi itki var
Millətlər Liqasının qrup mərhələsinin ilk turunda millimizin qonağı olacaq Lüksemburq seçməsində itkilər var.
Sportline.az xəbər verir ki, komandanın iki aparıcı futbolçusu Vensan Till və Jerson Rodriqeş bu oyunu buraxa bilərlər.
Till Almaniyanın 3-cü Bundelsiqa təmsilçisi "Saarbrükken"lə yoxlama matçında (0:0) zədələnib. Onun Bakıdakı matçda oynayıb-oynamayacağı sual altındadır. 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Rodriqeş xəstələnib. Onun da matçda iştirakı sual altındadır.
Azərbaycan - Lüksemburq görüşü sentyabrın 5-i Bakı Olimpiya Stadionunda keçiriləcək.