Millimizin rəqibində yeni baş məşqçi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Serbiya seçməsinin yeni baş məşqçisi rəsmən açıqlanıb.

Sportline.az Serbiya Futbol İttifaqının saytına istinadən xəbər verir ki, komandanı Draqan Stoykoviç çalışdıracaq.

55 yaşlı məşqçi ilə 2024-cü ilin sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq.

Milli serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.