Millimizin sabiq üzvü karyerasını bitirdi
"Səbail"də çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov karyerasını bitirmək qərarına gəlib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları buna səbəb olub.
Qeyd edək ki, Şəhriyar Rəhimov 2018/2019, 2019/2020, 2021/2022-ci illər mövsümündə "Səbail"in formasını geyinib.
Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.