Millimizin üzvü 11-ci qolunu vurdu

ABŞ-da USL çempionatında 14-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun komandası “Finiks Rayzinq” evdə “Oranj Kaunti”yə 1:0 hesabı ilə qalib gəlib. Bütün 90 dəqiqəni meydanda olan Dadaşov matçda yeganə qolun müəllifi olub. Bununla da o, hazırkı mövsümdə vurduğu qolları sayını 11-ə çatdırıb.

Qeyd edək ki, “Finiks Rayzinq” hazırda 29 xalla B qrupunda liderdir.