Millimizin üzvü Amerikada rəmzi komandada

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən millimizin futbolçusu Rüfət Dadaşov USL çempionatında növbəti dəfə həftənin rəmzi komandasına düşüb.

Sportline.az xəbər verir ki, 12-ci turda  "Las-Veqas Layts"ı məğlub etdikləri (5:1) oyunda iki qol və bir məhsuldar ötürmə edən 28 yaşlı hücumçu rəmzi 11-likdə yer alıb.

Dadaşov 6-cı turda da rəmzi komandaya düşmüşdü.

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm 10 qol vurub.