Millimizin üzvü "Hatayspor"da

Azərbaycanın U-19 və U-21 mili komandalarında oynamış Emre Kaplan Türkiyədə klubunu dəyişib. 

Sportline.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi Super Liqa klubu “Hatayspor”a keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Müqavilə ilə “Başakşəhər”ə məxsus olan futbolçu Hatay təmsilçisinə icarəyə verilib.

O, qarşıdakı 1,5 ili məhz bu komandada keçirəcək.

Qeyd edək ki, Kaplan Azərbaycanın U-19 və U-21 millilərində 3 rəsmi oyuna çıxıb.