Millimizin üzvü İngiltərə klubunda
Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni klubu müəyyənləşib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, futbolçu karyerasını İngiltərədə davam etdirəcək. 23 yaşlı yarımmüdafiəçi "Fulhem"lə razılığa gəlib.
İsrafilov qarşıdakı 4 ildə "Çempionşip"də çıxış edən klubun şərəfini qoruyacaq. Transferin reallaşması üçün "Fulhem" "Mursiya"ya 200 min avro ödəyəcək.
Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisində 5 rəsmi oyuna çıxıb.