Millimizin üzvü İsveçrədə növbəti görüşə çıxdı

İsveçrənin “Qrasshoppers” klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi komanda İsveçrənin digər təmsilçisi “Lütsern”lə üz-üzə gəlib. Komandalar oyundan heç-heçə ilə ayrılıblar – 1:1.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə hesab 1:0 olarkən meydana buraxılıb.