Millimizin üzvü məğlubiyyətə üzüldü

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerika Birinci Liqasında (USL) 4-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Dadaşovun oynadığı “Foneks Rayzinq” səfərdə "Orange Kounti” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Rüfət oyuna start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, koronavirus pandemiyasının ardından USL-də format dəyişikliyinə qərar verilib. Klublar 4-5 komandadan ibarət qruplara ayrılıblar. Qrupu birinci və ikinci bitirən komandalar pley-offa vəsiqə qazanacaqlar. Hazırda “Foneks Rayzinq” 4 oyuna 7 xalla qrup 3-cüsüdür.