Millimizin üzvü məğlubiyyətə üzüldü
Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Minay”la qarşılaşıb. Futbolçumuzun komandası 0:1 hesabı ilə uduzub.
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 2 turdan sonra 3 xalla 14 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.