Millimizin üzvü qələbəyə sevindi
Ukrayna Premyer Liqasında 4-ci tura start verilib
Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda "Dnepr"lə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” hazırda 7 xalla 14 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.