Millimizin üzvü rəmzi komandada

Millimizin üzvü Pavel Paşayev Ukraynanın “Dnepr” klubunun yetişdirdiyi futbolçulardan ibarət rəmzi komandada yer alıb. 

Sportline.az “sport.ua”ya istinadən xəbər verir ki, hazırda Ukraynanın “Aleksandriya” klubunda oynayan Paşayev 16 yaşında “Dnepr”in akademiyasına keçib. O, 2014-cü ildə “Dnepr”dən ayrılıb.

Qeyd edək ki, 2015-ci ildən Azərbaycan millisinə dəvət alan 32 yaşlı müdafiəçi 21 oyunda meydana çıxıb.