Millimizin üzvü "Sumqayıt"ın düşərgəsində
"Sumqayıt"ın yeni transferi Anatoli Nuriyev nəhayət ki, klubun düşərgəsinə gəlib.
Sportline.az xəbər verir ki, məlum səbəbdən Ukraynanı tərk etməkdə çətinlik çəkən millimizin futbolçusu artır Azərbaycandadır.
Qeyd edək ki, "Sumqayıt" Azərbaycan millisinin üzvü olan Nuriyevin transferini ötən həftə açıqlayaraq futbolçunu Peşəkar Futbol Liqasına sifariş edib. Nuriyev yeni klubunda 91 nömrəli formanı geyinəcək. Çox güman, Anatoli növbəti turda debüt edə biləcək.
Qeyd edək ki, 25 yaşlı forvard son olaraq Ukraynada "Kolos"un formasını geyinib.