Millimizin üzvündən növbəti qollar
Millimizin üzvü Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qollarını vurub.
Sportline.az xəbər verir ki, "Finiks Rayzinq"in forvardı "Las-Veqas Layts"laoyunda dubla imza atıb.
Meydana start heyətdə çıxan Dadaşov 27-ci dəqiqədə hesabı açıb. Forvard 44-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Qarşılaşma "Finiks Rayzinq"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.