Millimizin üzvünün komandası uduzdu
Polşa çempionatında 21-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) öz meydanında “Pyast”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Visla” 21 turdan sonra 30 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.