Millimizin üzvündən növbəti qol

ABŞ USL çempionatında 10-cu turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, milli komandamızın oyunçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” səfərdə “Reno” ilə üz-üzə gəlib. Futbolçumuz matça 64-cü dəqiqədə daxil olub və 77-ci dəqiqədə fərqlənib. Bununla da Dadaşov mövsümdə 7-ci qolunu vurub.

Buna rəğmən oyun ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Finiks Rayzinq” 20 xalla B qrupunda liderdir.

Xatırladaq ki, Rüfət Dadaşov yığmamızın sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb.