Millimizlə oyuna qara sarğıda

Şimali İrlandiya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan  seçməsi ilə qarşıdakı oyuna qara sarğı ilə çıxacaq. 

SportLine.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, onlar bununla "Atəşkəs Günü”nü ("Barışıq Günü”) qeyd edəcəklər.

Qarşılaşmanın keçiriləcəyi "Uindzor Park” stadionunun ekranında 1916-cı ildə I Dünya Müharibəsi zamanı həlak olmuş irlandiyalı futbolçuların adları göstəriləcək. İrlandiya və Şimali İrlandiya eyni millət olduqları üçün hər iki ölkə bu günü qeyd edəcək. 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-i Bakı vaxtilə saat 23:45-də başlayacaq.