Millinin baş məşqçisi ilə bağlı qərar verildi

Dünya çempionatında uğursuz nəticə göstərən Almaniya milli komandasının baş məşqçisi Hans-Diter Flikin gələcəyi ilə bağlı qərar verilib.

Sportline.az xəbər verir ki, Almaniya Futbol Federasiyası 57 yaşlı mütəxəssislə yola davam etmək niyyətindədir. 

Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Onun qarşısına Avro-2024-də çempionluq hədəfi qoyulub.

Xatırladaq ki, Almaniya seçməsi DÇ-2022-nin E qrupunu 4 xalla 3-cü pillədə başa vuraraq mundialla vidalaşıb.