Millinin baş məşqçisi istefa verdi
Niderland milli komandasının baş məşqçisi Luis van Qaal Argentina ilə oyundan sonra vəzifəsindən gedəcəyini deyib.
Sportline.az xəbər verir ki, mətbuat konfransında danışan təcrübəli məşqçi Argentina ilə görüşün onun millidəki son oyunu olduğunu bildirib.
Niderland millisi DÇ-2022-nin 1/4 final mərhələsində Argentinaya penaltilər seriyasında məğlub olaraq mundialda mübarizəni dayandırıb.
Qeyd edək ki, Luis van Qaal 2021-ci ilin avqust ayından seçmə komandanı çalışdırırdı.