Millinin baş məşqçisi istefaya göndərildi

Tunis millisinin baş məşqçisi Monder Kebayer istefaya göndərilib.

Sportline.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Artıq yeni baş məşqçi də müəyyənləşib. Kebayeri onun köməkçisi Calil Kadri əvəz edib.

Qeyd edək ki, Tunis millisi Afrika Millətlər Kubokunun 1/4 finalında Burkina Fasoya uduzaraq (0:1) mübarizəni dayandırıb.

Kebayer 2019-cu ildən Tunir millisini çalışdırırdı.