Millinin baş məşqçisi koronavirusa yoluxdu

Polşa millisinin baş məşqçisi Eji Bjeçik koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, məlumat ölkə Futbol Federasiyasının rəsmi saytında yerləşdirilib. Bjeçik artıq karantinə alınıb.

Qeyd edək ki, Polşa yığması Millətlər Liqası çərçivəsində oktyabrın 11-də İtaliya, 14-də Bosniya və Herseqovina ilə qarşılaşmalıdır.