Millinin baş məşqçisi medianı tənqid edib
İngiltərə millisinin baş məşqçisi Qaret Soutqeyt Harri Maquayerə media tərəfindən göstərilən "gülünc" rəftarı tənqid edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı "Şotlandiya azarkeşlərini başa düşürəm. Onlarla bağlı heç bir şikayətim yoxdur. Amma bizim öz şərhçilərimiz, ekspertlərimiz ona qarşı çox sərt davranırlar. Maquayer ən yaxşı oyunçularımızdan biridir. Biz hamımız onunlayıq. Azarkeşlərimiz də onun yanında idi", - deyib.
Qeyd edək ki, hazırda ingiltərəli müdafiəçiyə qarşı sosial şəbəkələr və media tərəfindən ciddi tənqid atəşi var.