Millinin futbolçusu zədələnib
"Tottenhem"in yarımmüdafiəçisi Ceyms Meddison Ingiltərə millisinin növbəti oyunlarında meydana çıxa bilməyəcək.
Sportline.az xəbər verir ki, o, topuğundakı zədə səbəbindən kənarda qalıb.
Buunla bağlı "Tottenhem"in mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçunun həkimlərin nəzarəti altında olduğu bildirilir.
Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün növbəti oyunlarında Malta və Şimali İrlandiya seçmələri ilə qarşılaşacaq.