Millinin heyəti açıqlandı
Cüdo üzrə millimizinAvstriyanın Linz şəhərində keçiriləcək qran-qri turniri üçün yekun heyəti müəyyənləşib.
Sportline.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda 8 kişi, 4 qadın idmançı mübarizə aparacaq.
Məşqçilər korpusu Kəramət Hüseynov (66 kq) və Aydan Vəliyevanı (52 kq) ilkin heyətdən çıxarıb.
Kişilərin heyətində Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev və Murad Fətiyev (hər ikisi 90 kq) qran-pridə qüvvələrini sınayacaq.
Qadınlardan isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizə aparacaq.
Ümumilikdə 75 ölkə təmsilçilərinin çıxış edəcəyi qran-pri 25-27 may tarixlərində keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ötən həftə jurnalistlərlə görüşündə Kəramət Hüseynovun məşqlərə qatılmadığını, nizam-intizamla bağlı problemi olduğunu bildirmişdi.