Millinin keçmiş üzvü hakimi belə döydü
Rusiya millisinin sabiq üzvü Roman Şirokov oyun zamanı hakimi döyüb.
Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə həvəskarlar liqasının matçında baş verib. 39 yaşlı sabiq yarımmüdafiəçi keçmiş futbolçu olan referi Nikita Dançekova yumruq zərbəsi vurub. Tibbi yardım göstəriləndən sonra referinin vəziyyətinin yaxşı olduğu bildirilib. Roman Şirokov isə etdiyi hərəkətə görə üzr istəyib.
Qeyd edək ki, R.Şirokov 2008-2016-cı illərdə Rusiya millisində çıxış edib.