Millinin rəqibləri bilindi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

Sportline.az xəbər verir ki, milli 4-cü qrupda Serbiya, Sloveniya və Lüksemburqla mübarizə aparacaq.

Oyunlar 2023-cü il 21, 24, 27 oktyabrda Serbiyada keçiriləcək.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2024-cü ildə Kiprdə təşkil olunacaq.