Millinin sabiq üzvü dünyasını dəyişdi
Rusiya millisinin, SSRİ-nin və "Spartak"ın sabiq futbolçusu Vasili Kulkov dünyasını dəyişib.
Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi 54 yaşında vəfat edib.
Koronavirusa yoluxan Kulkov bu gün onkoloji əməliyyat keçirməli idi. O, reanimasiyada dünyasını dəyişib.
Qeyd edək ki, Vasili Kulkov 1989-cu ildə "Spartak"ın heyətində SSRİ çempionu olub. O, Portuqaliyada "Benfika" (1993/1994) və "Portu" (1994/1995) ilə də eyni uğuru təkrarlayıb.