Millinin sabiq üzvü vəfat etdi

İtaliya millisinin sabiq futbolçusu Canluka Vialli vəfat edib.

Sportline.az xəbər verir ki, “Çelsi” və “Yuventus”dakı oyunları ilə tanınan keçmiş hücumçu 58 yaşında dünyasını dəyişib.

Onun ölümünə səbəb mədəaltı vəzi xərçəngi olub.

Vialli uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı ərəfəsində vəziyyəti pisləşib. O, ömrünün son günlərini xəstəxanada keçirib.

Qeyd edək ki, Canluka Vialli 1985-1992-ci illərdə İtaliya millisinin heyətində keçirdiyi 59 oyunda 16 qola imza atıb.

Banner