Millinin üzvü 288 min avroya avtomobil aldı
İngiltərə millisi və "Mançester Yunayted" in hücumçusu Markus Reşford özünə yeni avtomobil həddiyyə edib.
Sportline.az The Sun nəşrinə istinadla xəbər verir ki, futbolçunun "Mercedes Sprinter" avtomobilinin qiyməti 288 min avrodur.
Qeyd edək ki, Reşford avtomobil həvəskarı kimi tanınır.
25 yaşlı hücumçu cari mövsümdə "Mançester Yunayted"in heyətində meydana çıxdığı bütün turnirlərdə 1 qol və 3 asistlə yadda qalıb.
Transfermarkt portalında onun transfer dəyəri 75 milyon avrodur.