Millinin üzvü 90 dəqiqə oynadı
Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya” səfərdə "Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 52-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Aleksandriya” 12 turdan sonra 16 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.