Musa Qurbanlının komanda yoldaşı seçim qarşısında

İsveç millisi və "Yurqorden"nin yarımmüdafiəçisi Lukas Berqvall seçim qarşısındadır.

Sportline.az xəbər verir ki, "Barselona"nın transfer siyahısında olan gənc futbolçu karyerasını İngiltərədə də davam etdirə bilər.

Millimizin hücumçusu Musa Qurbanlının komanda yoldaşı ötən gün "Tottenhem"in düşərgəsində olub.

Mundo Deportivonun məlumatına görə, o, İsveç millisinin digər üzvü Kuluşevskinin dəvəti ilə komandanın stadionu və bazası ilə tanış olub.

Bu mövsüm 25 oyunda iki qol vuran futbolçunun transfer qiyməti 5 milyon avro kimi göstərilir.