Millinin üzvündə koronavirus aşkarlandı

Türkiyə millisinin və “Alanyaspor”un yarımmüdafiəçisi Efecan Karaca koronavirusa yoluxub.
 
Sportline.az xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.

Klubun bütün kollektivinin koronavirus testindən keçdiyi, yalnız bir futbolçunun testinin pozitiv çıxdığı blldirilib. Klub həmin oyunçunun adını açıqlamasa da, Karaca özü sosial şəbəkə hesabında koronavirusa yoluxduğunu yazıb. Səhhətinin yaxşı olduğunu qeyd edən futbolçu ev şəraitində karantində olduğunu qeyd edib.