Millinin yeni forması
İtaliya millisinin 2022/23 mövsümü üçün ev forması təqdim edilib.
Sportline.az xəbər verir ki, komandanın yeni dəsti mavi – ənənəvi rənglərdə hazırlanıb. Formanın yaxasında yaşıl, ağ, qırmızı zolaqlar var.
Köynəyin sağ hissəsində İtaliya millisinin, sol hissəsində isə “Puma”nın emblemi yer alıb.