Milliyə 15 legioner dəvət olundu

Avropa çempionatının seçmə mərhələsində Polşa və Çexiya seçmələri ilə qarşılaşacaq qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov toplanışa 21 oyunçu çağırıb. Onlardan 15-i legionerdir. Milli oyunlara hazırlıq məqsədilə 14 - 20 oktyabrda Bakıda təlim-məşq toplanışı keçəcək.

Alina Dorofeyeva, Kristina Bakarandze, Diana Məmmədova oktyabrın 17-də, Nisrina Zerioul isə oktyabrın 21-də milli komandaya qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə oyunlarını oktyabrın 23-də Polşa, oktyabrın 27-də Çexiyaya qarşı keçirəcək. Hər iki görüş səfərdə olacaq.

N

SOYAD

AD

KLUB

1

Şərifova

Aytac

FK Hakkarigücü (Türkiyə)

2

Əskərzadə

Elvira

FK 8 – İOEUGiM

3

Əliyeva

Nərgiz

FK Marxal

4

Mirzəliyeva

Nigar

FK Marxal

5

Məmmədova

Kamilla

FK Uğur

6

Hacıyeva

Nərgiz

FK Fatih Vətən (Türkiyə)

7

Acar

Yeliz

FK Fatih Vətən (Türkiyə)

8

Məhsimova

Jalə

FK Zenit (Rusiya)

9

Dorofeyeva

Alina

FK Yenisey (Rusiya)

10

Əhmədova

Ayşən

FK Okjetpes (Qazaxıstan)

11

Guliyeva

Roza

FK Okjetpes (Qazaxıstan)

12

Bozkaya

Nəslihan

FK Kəmər ( Türkiyə)

13

Bakarandze

Kristina

FK Hakkarigücü (Türkiyə)

14

Əliyeva

Aysun

FK Fatih Vətən (Türkiyə)

15

Sərdarlı

Rövşanə

FK Okjetpes (Qazaxıstan)

16

Rəhimova

Sona

FK 8 – İOEUGiM

17

Əliyeva

Coşqunə

FK Marxal

18

Məmmədova

Diana

FK Yenisey (Rusiya)

19

Hacıyeva

Vüsalə

FK İjevsk (Rusiya )

20

Seyfəddinova

Vüsalə

FK ALG Spor (Türkiyə)

21

Zerioul

Nisrina

VFL Bochum (Almaniya)