Milliyə 29 futbolçu çağırıldı
16 yaşadək futbolçulardan ibarət millimizin təlim-məşq toplanışı olacaq.
Sportline.az xəbər verir ki, hazırlıq prosesi Bakıda keçəcək.
Sentyabrın 16-da start götürəcək toplanış ayın 22-dək davam edəcək. Hazırlıq prosesinin startından bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.
Məşqçilər korpusu toplanışa 29 futbolçu dəvət edib: Nihad Abbasov (Qarabağ), Tamirlan Məmmədov (Səbail), Emil Həbibov (Sabah), Vaqif Yeqanov (Qarabağ), Həmzəli Mikayilov (Sabah), Aqil Əzimli (Keşlə), Ravil Qafarov (Qəbələ), Tuncay Yusifli (Sabah), Hacəli Şirıliyev (Səbail), Vüsal Hüseyinli (Qarabag), Şahin Şahniyarov (Qəbələ), İbrahim Nağıyev (Sumqayıt), İbrahim Ağayarov (Qarabağ), Okan Təhməzli (Qəbələ), Ayxan Nəsirli (Səbail), Rauf Hüseynli (Qarabag), Elton Mikayılov (Qarabag), Səbuhi Qurbanov (Sabah), Yaqub Yusubov (Səbail), Cavid Məmmədli (Qarabağ), Ramiz Muradov (Zirə), Sənan Agalarov (Qəbələ), İftixar İbrahimov (Keşlə), Təhmasib Həmidli (Səbail), Sənan Hüseynov (Sumqayıt), Nihat Əliyev (Qarabağ), Edqar Ədilxanov (Keşlə), Fəxri Məmmədli (Sabah), Əliyev Mirnicat (Nakhchione).