Milllətlər Liqası: Azərbaycan millisi Slovakiya seçməsinə uduzdu

Millimiz UEFA Millətlər Liqasında bu gün növbəti oyuna çıxacaq.

Sportline.az xəbər verir ki, komandamız səfərdə Slovakiya ilə üz-üzə gələcək.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Görüşü polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.

UEFA Millətlər Liqası
C Liqası, I qrup
II tur
8 sentyabr
20:00. Slovakiya - Azərbaycan 2-0

Qollar:  Duda, 22 (pen), Streleç, 26
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk oyunda İsveçə 1:3 hesabı ilə uduzub.