Miloş Kerkez İspaniya nəhənginə keçə bilər
"Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkez mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az jurnalist Joze Feliks Diazın məlumatına istinadən xəbər verir ki, "Real Madrid" Kerkezi transfer etmək üçün hərəkətə keçib.
21 yaşlı sol cinah müdafiəçisinin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Kerkez bu mövsüm çıxış etdiyi 37 matçda 2 qol 6 asistlə yadda qalıb.