Miloş Kerkez üçün Avropa nəhəngləri yarışa girib
"Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkez yayda komandanı tərk edəcək.
Sportline.az "Sky Sports News"a istinadən xəbər verir ki, "Real Madrid", "Liverpul" və "Mançester Siti" Kerkezi transfer etmək üçün yarışa girib.
"Bormunt"un rəhbərliyi 21 yaşlı müdafiəçi üçün 40 milyon avro tələb edir. Onun müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Miloş Kerkez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 2 qol 6 asistlə yadda qalıb.