Mirançuk "Atalanta"nı tərk edir

Rusiyalı yarımmüdafiəçi Aleksey Mirançuk "Atalanta"nı tərk edə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolyeri X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, təcrübəli futbolçu icarə əsasında "Cenoa"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, 2020-ci ildən "Atalanta"nın formasını geyinən Mirançuk son mövsümdə keçirdiyi 42 oyunda 4 qol, 12 asist müəllifi olub.

Onun trnsfer qiyməti 10 milyon avro kimi dəyərləndirilir.