Misli Premyer Liqasında 29-cu tura start verilir
Bu gün Misli Premyer Liqasında 29-cu tur start götürəcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Turun açılış matçında “İmişli” Qubada “Sumqayıt”ı qəbul edəcək. Bu komandalar arasında ilk dövrədəki oyunda “İmişli” 1:0 hesablı qələbə qazansa da, reqlamenti pozduğu üçün qonaqlara texniki qələbə verilmişdi. İkinci dövrənin görüşündə də sevinən sumqayıtlılar olmuşdular - 1:0. Hazırda turnir cədvəlində “Sumqayıt” 35 xalla 7-ci, “İmişli” isə 29 xalla 9-cu pillədə qərarlaşıb.
Günün digər matçında isə “Qəbələ” doğma divarlar arasında “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Hazırda Naxçıvan klubu 39 xalla 6-cı, “qırmızı-qaralar” isə 19 xalla 11-ci yeri tutur. Cari mövsüm bu komandaların qarşıdurmasında tərəflər hərəyə bir qələbə qazanıblar. Hər iki görüşdə 2:1 hesabı qeydə alınıb.
25 aprel (şənbə)
16:00. “İmişli” - “Sumqayıt”
Quba OİK stadionu
18:30. “Qəbələ” - “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu
26 aprel (bazar)
16:00. “Şamaxı” - “Kəpəz”
19:00. “Neftçi” - “Qarabağ”
27 aprel (bazar ertəsi)
18:00. “Turan Tovuz” - “Zirə”
20:00. “Sabah” - “Karvan-Yevlax”