Mişi Batşuai rekorda imza atıb

Mişi Batşuai Türkiyə Super Liqasında rekorda imza atıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, belçikalı hücumçu sonradan daxil olduğu oyunlarda 7 dəfə fərqləndiyi üçün Türkiyə Super Liqasında tarixə düşüb. 

Belə ki, Türkiyə Super Liqasında bir mövsüm ərzində sonradan daxil olduğu oyunlarda 6 qol rekordu daha öncə Semih Şentürkə aid olsa da Mişi Batşuai 7 qolla bu rekordu yenilləyib.

Qeyd edək ki, "Fənərbağça" klubu Miçi Batşuanin fərqləndiyi bütün oyunlarda qələbəyə sevinib.