MLS-də son nəticələr

Amerika Milli Futbol Liqasında pley-off mərhələsinin 1/8 finalında “Sietl Saunders” “Los-Anceles”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Floridada keçirilən görüşdə 5 qol vurulub. İlk hissədə qonaqlardan Dieqo Rossi hesabı açıb. Çox keçmədən fərq artıb. Latif Blessinq rəqib qapısına yol tapıb. İkinci yarıda Vil Bruin qollardan birinin əvəzini çıxsa da, “Sietl Saunders” son dəqiqələrdə daha 2 dəfə mərkəzə dəvət olunub. Rossi dubl edib. Brayn Rodriqez isə mübarizəyə nöqtə qoyub. 4:1 hesabı ilə qələbə qazanan “Los-Anceles” komandası ¼ finala yüksəlib.

Digər görüşdə isə 7 qol vurulub. Söhbət “San-Xose Ertkveyks” - “Real Solt-Leyk” matçından gedir. 5:2 hesabı ilə qalib gələn San-Xose futbolçuları mərhələ adlayıblar.