MLS tarixinə düşdü: 14 yaşında ilk oyununa çıxdı
MLS-də "Filadelfiya Yunion"un "Nyu İnqland"ı böyük hesabla məğlub etdiyi görüşdə tarixi hadisə yaşanıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, görüşün 85-ci dəqiqəsində meydana daxil olan 14 yaşlı futbolçu Kavan Sullivan MLS-də forma geyinən ən gənc olub.
Sullivan " Bu hələ başlanğıcdır. Qarşıda uzun bir yol var. Vacib olan şey harada başladığınız deyil, harada bitirdiyinizdir" deyib.
Liqada bir öncəki rekord Freddi Aduya aid idi. Adu ilk matçına 2004-cü ildə çıxmışdı.
Qeyd edək ki, daha əvvəl "Mançester Siti" klubu gənç futbolçu Kavan Sullivanı heyətinə qatdığını açıqlamışdı.İki komanda arasındakı razılığa əsasən futbolçu 18 yaşını tamamladıqdan sonra İngiltərə klubuna qatılacaq.