MLS komandası All Star oyununda məğlub olub

İyulun 25-nə keçən gecə  Kolumbusda (Ohayo ştatı, ABŞ) Liqa MX və MLS arasında Ulduzlar oyunu keçirilib.

Sportline.az xəbər verir ki, görüş Meksika Liqası təmsilçilərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində qolları Herman Berterame, Ussama İdrissi, Xuan Brunetta və Meksimiliano Mesa vurub.

MLS komandasının heyətində Xuan Hernandes Serxio Busketsin ötürməsindən sonra fərqlənib. İspaniyalının komanda yoldaşı Lionel Messi və Luis Suares zədə səbəbindən oyunu buraxıblar.

Onu da əlavə edək ki, son iki oyunda MLS komandası qalib gəlib.