MOİK-in məşqçisi "Qarabağ"da
Bolqarıstanın MOİK klubunun fiziki hazırlıq üzrə məşqçisi Mario Mitov karyerasını Azərbaycanda davam etdirəcək. SportLine.az xəbər verir ki, Bolqarıstan mətbuatı bu iddia ilə çıxış edib.
Məlumata görə, 24 yaşlı mütəxəssisin Sofiya klubunun akademiyasından ayrılmasına əsas səbəb onun "Qarabağ"la razılığa gəlməsidir. M.Mitov Ağdam təmsilçisində Çudomir Çakarovu əvəzləyəcək.
Qeyd edək ki, Ç.Çakarov Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin edilməsindən sonra seçmə komandaya gətirilib.