"Molde" pley-off oyununa çıxır

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək. 3-cü təsnifat mərhələsində "Qarabağ"a qalib  gələrək (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası 6:5) pley-offa yüksələn "Molde" "Ferensvaroş"u qəbul edəcək. Digər görüşlərdə "Dinamo" "Gent"in, "Omoniya" "Olimpiakos"un qonağı olacaq. Bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.

23 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Gent” (Belçika) - “Dinamo” (Ukrayna)

23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)

23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)

22 sentyabr

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) - 2:1

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya) - 1:2

23:00. “Slaviya” (Praqa, Çexiya) - “Midtülland” (Danimarka) - 0:0