"Molde"nin müraciətinə cavab verildi
Norveç hökuməti "Molde"nin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyun üçün etdiyi xahişİ müsbət cavablandırmayıb.
Sportline.az xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Abid Raca "NTB"yə açıqlamasında bildirib:"Təəssüf ki, "Molde" üçün "Qarabağ"la oyundan əvvəl karantinlə bağlı xüsusi istisna gələn həftənin sonuna qədər olmayacaq. Bununla bağlı Norveç Futbol Federasiyasına və "Molde"yə fəaliyyətlərini buna görə qurmalı olduqlarını bildirdim. Yəni, UEFA-nın reqlamentinə uyğun olaraq görüş neytral meydanda keçirilməlidir".
Qeyd edək ki, püşkə əsasən oyuna Bakıda keçirilməlidir. Ancaq Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını UEFA-dan xahiş edib.